Koronavirusa yoluxanların sayı 478 mindən çox artdı

   Koronavirusa yoluxanların sayı 478 mindən çox artdı
  08 Mart 2021    Oxunub:3535
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 478 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 478 min 614 nəfər koronavirusa yoluxub, 10 min 124 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 milyon 135 min 492, ölənlərin isə 2 milyon 581 min 976 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti