“Müəllimlərin 83 faizini xanımlar təşkil edir” - Nazir

 “Müəllimlərin 83 faizini xanımlar təşkil edir” -  Nazir
  08 Mart 2021    Oxunub:2416
Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır.
Azvision.az xəbər verir ki, bunu 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə xanımları təbrik edən təhsil naziri Emin Əmrullayev öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir.

"Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. BeynəlxalqQadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram".

Azvision.az


Teqlər: 8Mart   Təbrik  





Xəbər lenti