Koronavirusa yoluxanların sayı 117 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 117 milyonu keçdi
  08 Mart 2021    Oxunub:1785
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 117 milyon 449 min 512 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 605 min 337 nəfərdir. İndiyədək 92 milyon 964 min 061 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 696 250 nəfər virusa yoluxub, 537 838 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 229 398 yoluxma qeydə alınıb. Onlardan 157 890 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 11 019 344 nəfərdə virus aşkar edilib. Xəstələrdən 265 500 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 322 776 yoluxma, 89 094 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 218 520 nəfər virusa yoluxub ki, onlardan 124 501-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti