Avropa İttifaqı Ukraynaya 20 milyard göndərəcək

Avropa İttifaqı Ukraynaya 20 milyard göndərəcək
  24 Fevral 2014    Oxunub:972
Qurum Ukraynada yeni hökumətin formalaşmasını gözləyir.
Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyə yardımı göndərməyə hazır olduğunu bəyan edib. Bu barədə Reuters agentliyi, maliyyə məsələləri üzrə Avropa komissarı Oli Renə istinadən məlumat yayıb.

“ Böhran siyasi həllini tapandan sonra Ukraynaya maliyyə yardımı göndərməyə hazırıq” –deyə avrokomissar bəyan edib.

İnterfax-ın Avropa parlamentinin xarici işlər üzrə komitəsinin rəhbəri Elmar Broka istinadən xəbərinə görə, Ukraynada yeni hökumətin formalaşandan sonra Aİ, rəsmi Kiyevə islahatlar həyata keçirmək üçün 20 milyard avro yardım göndərməyə qərar verib.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti