Dünyanın ən varlı adamının keçmiş arvadı müəllimlə evləndi

Dünyanın ən varlı adamının keçmiş arvadı müəllimlə evləndi
  08 Mart 2021    Oxunub:2800
“Amazon” şirkətinin qurucusu, dünyanın ən varlı insanı Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott məktəb müəlliminə ərə gedib.
Azvision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Əlli yaşlı milyarder qadın Sietl Dendə Sietl-Leyksayd özəl məktəbində təbii elmlərin tədrisi ilə məşğul olan müəllim Den Cuettlə ailə həyatı qurmağa qərar verib, onların toy mərasimi kütləvi olmayıb.

Bundan əvvəl Bezosun keçmiş həyat yoldaşının 1,7 milyard dollardan çox xeyriyyə işinə yardım etdiyi bildirilib. Qeyd edilib ki, o, gender bərabərliyi, LGBT hüquqları, demokratiyanın qorunması və iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində çalışan təşkilatlara yardım edib. Ən böyük məbləği isə irqi bərabərliyi müdafiə edən təşkilatlar alıb (586 milyon ABŞ dollarından çox).

"Ömrümün çox hissəsini müəllimliyə həsr etmişəm. İndi xoşbəxt bir təsadüf nəticəsində tanıdığım ən səxavətli və xeyirxah insanlardan biri ilə evlənmişəm və başqalarına kömək etmək, böyük maliyyə kapitalı bağışlamaq istəyi ilə ona qoşuluram", - Skottun həyat yoldaşı Dan Cuetta deyib.

Qeyd edək ki, Makkenzi Skottun sərvəti 68 milyard ABŞ dollarıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MakkenziSkott  





Xəbər lenti