“Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidir” - Eren Umurbilir

“Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidir” -    Eren Umurbilir
  08 Mart 2021    Oxunub:1952
Təcavüzkar Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və Azərbaycana qarşı yürütdüyü davamlı hərbi təxribatlar nəticəsində yaranmış qarşıdurma və 44 günlük Vətən müharibəsinin rəşadətli qələbə ilə başa çatması beynəlxalq mediada Azərbaycan həqiqətləri ilə bağalı yeni bir mənzərə yaradıb. Azərbaycanın çoxistiqamətli media siyasəti Ermənistanın işğalçılıq siyasətinin yaratdığı dəhşətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması istiqamətində mühüm addımlar atılır.
Publisist Eren Umurbilirin qələmə aldığı “Azərbaycanın qeydləri: ermənilərlə birlikdə yaşamağın yolu açılırmı?” sərlövhəli məqalədə deyilir ki, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən atası, əmisi, nənəsi, xala və bibilərini amansızcasına qətlə yetirilən Samirə Hüseynova həmin dəhşətləri 12 yaşı olanda görüb. İndi o kimya müəllimi olaraq məktəbdə çalışır və ən böyük arzusu Xocalıda yaşanan dəhşətlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Yuxarıdakı sətirlərlə sülhün və birgə yaşayışın çətinlikləri barədə aydın təsəvvür yaratmağa çalışan müəllif Eren Umurbilir sonra müsahibinin fikirlərini belə təqdim edir: “Bu ağırlıqlar insanın dünyasını alt-üst edir. Psixoloqa nə qədər müraciət etdimsə də, yaşananları həyatımdan çıxara bilmirəm. Biz Xocalıya yenidən dönəcəyik və o zaman orada erməni görmək istəmirəm. Xocalıdan 47 qohumum var, onların da heç biri istəmir”.

Xocalıdakı kütləvi məzarlıqda aşkarlanmış insan qalıqlarının sayı 18-ə çatıb
Beynəlxalq Qəzetçilər Şurasının xətti ilə Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycanda olan publisist Eren Umurbilir Prezident İlham Əliyevin fevralın 26-da xarici və yerli mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak etdiyini, dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini ifadə edərək diqqətə çatdırır ki, Azərbaycan mövqeyi dəyişməzdir: Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab versinlər. Bir daha yeri üzündə Xocalı soyqırımı kimi cinayətlər baş verməsin.

Ermənistanın keçmiş prezidentləri Köçəryan və Sarkisyanın Xocalı soyqırımının törədilməsində iştirakını, hazırkı baş nazir Paşinyanın təxribatçı əməllərini faktlarla oxuculara çatdıran müəllif xatırladır ki, hazırda Azərbaycanda otuz minə yaxın erməni yaşayır. Onların hüquqları və təhlükəsizliyi təmin edilir.

Məqalədə 44 günlük rəşadətli Vətən müharibəsinə geniş yer ayıran Eren Umurbilir Azərbaycanın nikbinliyini diqqətə çatdırır. İşğaldan azad olunan torpaqlardakı bərpa və quruculuq işləri Azərbaycanın qətiyyətinin və nikbinliyinin göstəricisidir.



Azvision.az


Teqlər: Xocalı   Soyqırım  





Xəbər lenti