Ermənistanda virusa yoluxanların sayı 175 mini keçdi

  08 Mart 2021    Oxunub : 1615
Ermənistanda virusa yoluxanların sayı 175 mini keçdi
Ermənistanda son sutka ərzində daha 337 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 175 016 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3225-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 829 nəfərdir. Aktiv xəstələrin sayı 6008 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19   Ermənistan