Əcnəbilərin İsrailə girişinə icazə verildi

  08 Mart 2021    Oxunub : 2049
Əcnəbilərin İsrailə girişinə icazə verildi
İsrail müəyyən olunmuş qaydalara əməl etməklə 8 mart tarixindən etibarən istisna hallarda xarici vətəndaşların ölkəyə girişinə icazə verir.
Azvision.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.

"İsrailə gəlmək istəyən hər kəs uçuşdan 24 saat əvvəl ölkəyə daxil olan sərnişinlər üçün bəyannamə formasını doldurmalı, giriş üçün icazə almalıdır. Xaricilərin İsrailə girişinə istisna hallarda icazə veriləcək", - rəsmi məlumatda deyilir.

Müvafiq sənədləri və məlumatları təqdim etdikdən sonra əcnəbi vətəndaş ya icazə alacaq, ya da onun ölkəyə girişindən imtina ediləcək. İsrailə gəldikdən sonra xarici vətəndaşlar və eyni zamanda israillilər iki həftəlik təcrid olunacaqlar. Bu müddətdən İsraildə qəbul edilmiş peyvənd sertifikatı verənlər azad edilə bilər.

Bundan əlavə, təyyarəyə minmək üçün əsas şərt uçuşdan 72 saat əvvəl edilən koronavirus üçün mənfi PCR testinin olmasıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsrail