Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO

Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib -    VİDEO
  08 Mart 2021    Oxunub:2652
Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları xidməti fəaliyyətini bərpa edib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zəngilan rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir:

"Rayon ərazisində postlar qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib".



Azvision.az



Teqlər: DİN   zəngilan  






Xəbər lenti