Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
"KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı prioritet istiqamətlərdəndir. Agentlik tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir, KOBİA yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosasiyası aktiv şəkildə təmsil olunur.
İndiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxunu qadınlar təşkil edib.
KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan indiyədək 451 sahibkar və menecer yararlanıb ki, onların 30%-dən çoxu qadınlardır. Əminik ki, ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolu, KOB subyektləri arasında qadınların sayı daha da artacaq".
Aytən Zəhra
Azvision.az