Serbiyada dövlət çevrilişinə cəhd: Vuçiçin danışıqları dinlənilib

  08 Mart 2021    Oxunub : 2490
Serbiyada dövlət çevrilişinə cəhd:  Vuçiçin danışıqları dinlənilib
Serbiyanın baş naziri Ana Brnabiç prezident Aleksandr Vuçiçin qanunsuz dinlənilməsini dövlət çevrilişinə cəhd adlandırıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, dinləmələrdə hakim partiyanın funksionerləri və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin Təhlükəsizlik Şurasının bazar günü keçirilən iclasından sonra bildirib ki, dövlət başçısı və ailə üzvləri qanunsuz olaraq 1572 dəfə dinlənilib.

O, Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurlarının bununla əlaqəli olduğunu, işin və toplanan materialların prokurorluğun mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə verildiyini açıqlayıb.

"Serbiya prezidenti Aleksandr Vuçiçin danışıqlarının dinlənilməsi dövlət çevrilişinə cəhddir", - hökumət başçısı əlavə edib.

Onun sözlərinə görə, istintaq bütün mexanizmi araşdırıb, ortaya çıxarmalıdır. Baş nazir həmin şəxslərin məqsədinin Vuçiçi fiziki və ya başqa şəkildə aradan götürməklə, Serbiyada vəziyyəti gərginləşdirmək olduğunu deyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AleksandrVuçiç