ABŞ Türkiyə helikopterlərinin Pakistana çatdırılmasına mane olub
Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ-ın Türkiyəyə saksiyalarını şərh edən Kalın bildirib: "Bu, çox güman ki, sözügedən tenderin Çinə keçəcəyinə və burada uduzan tərəfin ABŞ olacağına gətirib çıxaracaq".
Mətbuat katibi əlavə edib ki, Ankaranı “Patriot” hava müdafiə sistemlərini əlverişli şərtlərlə təmin etməkdən imtina edən ABŞ-ın mövqeyi səbəbindən Türkiyə "S-400" almağa qərar verib. Eyni zamanda, Fransa, Suriyadakı hərəkətlər səbəbiylə Fransa-İtalyan konserni "Eurosam"ın hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı Türkiyə tərəfi ilə danışıqları dayandırıb.
Kalının sözlərinə görə, Türkiyə Rusiya ilə fikir ayrılığını konstruktiv dialoq yolu ilə həll edir. Bu, ABŞ-la da baş verə bilər.
"Ancaq başqa bir ölkə “ya biz deyən olmalı, ya da başqa heç nə” deyə tələb edirsə, onda bu, əks effekt verir".
Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan “S-400” kompleksini alıb. ABŞ və NATO-dakı bəzi müttəfiqlər hesab edir ki, Türkiyə bununla Alyansın təhlükəsizliyini təhdid edir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İbrahimKalın







Vaxtında, Aydın, Lazımlı!


