İlon Mask bir həftədə 27 milyard dollar ziyana düşdü

 İlon Mask bir həftədə 27 milyard dollar ziyana düşdü
  08 Mart 2021    Oxunub:2433
Amerikalı iş adamı İlon Mask sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin 16 faiz ucuzlaşması nəticəsində martın ilk həftəsində 27 milyard ABŞ dolları məbləğində ziyana düşüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda İlon Mask 156,9 milyard dollarlıq varidatla “Bloomberg”in tərtib etdiyi zənginlərin reytinq siyahısında ikinci yerdədir.

Hazırda dünyanın ən zəngin adamı titulunu "Amazon" şirkətinin qurucusu Ceff Bezos daşıyır.

Azvision.az


Teqlər: İlon-Mask   Tesla  





Xəbər lenti