Şükür Həmidovun anası: “Oğlumdan təbrik gözləyirdim”
“Şəhid anaları, bacıları, xanımları bundan sonrakı həyatlarında bir daha insan itkisi ilə qarşılaşmasınlar. Onların nələr çəkdiyini, nələr hiss etdiyini bilirəm.Mən ürəyimdə nə yaşayıramsa, onlar da onu yaşayır. Allah bizi bir daha əzizlərimizin yoxluğu ilə sınağa çəkməsin. Mən oğlumdan təbrik gözlədiyim kimi digər qadınlar da həyat yoldaşlarından, qardaşlarından gözləyirdilər. El-obamız bir də belə bir dəhşət yaşamasın. Qadınlar müharibənin nə olduğunu bundan sonra bilməsinlər. Qadınlar çiçək dəstəsidir. Müharibələr onları soldurmasın. Çünki yaxınını itirən xanımları heç nə ilə ovutmaq mümkün deyil”, - deyə şəhid anası Azərbaycan xanımlarını 8 Mart bayramı münasibətilə təbrik edib.
(Azərbaycanın Milli Qəhrəmanı, Qubadlı uğrunda döyüşlərdə şəhid olan polkovnik Şükür Həmidov)
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Şükar-Həmidov Şəhid Ana