Livanda etirazlar səngimir: Ölkənin əsas yolları bağlandı

  Livanda etirazlar səngimir:  Ölkənin əsas yolları bağlandı
  08 Mart 2021    Oxunub:2701
Livanda nümayişçilər paytaxt Beyrutun əsas magistral yollarını bağlanıb.
Azvision.az xarici KİV-lərə istinadla xəbər verir ki, aksiya iştirakçıları səhər saatlarından başlayaraq paytaxtın şimal hissəsində yanan təkərlərdən və zibil qablarından barrikadalar qurublar.

Onlar, eyni zamanda ölkənin şimalındakı Biblos və Batrun şəhərlərində, cənubdakı Sayda və Tir şəhərlərində yolları bağlayıblar.

Livanda baş nazir səlahiyyətlərini icra edən Həsən Diyab şənbə günü ölkənin dərin iqtisadi böhran içində olduğunu söyləyib.

Artıq bir həftədir ki, Livanın hər yerində etiraz aksiyaları keçirilir, yollar bloklanır. Nümayişçilər Beyrut şəhərini və böyük magistral yolları yanan təkərlərlə bloklayır, eləcə də ölkənin cənub, şimal və şərqindəki magistral yolları bağlayırlar. Etirazçılar, hakimiyyətdən iqtisadi böhrandan çıxmaq və əhalinin həyatını yaxşılaşdırmaq üçün real hərəkətlərə başlamalarını tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Livan  



Xəbər lenti