Əsəd və xanımı koronavirusa yoluxdu

 Əsəd və xanımı koronavirusa yoluxdu
  08 Mart 2021    Oxunub:2463
Suriya prezidenti Bəşər Əsəd koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının "Twitter" hesabında bildirilib.

Məlumata görə, Bəşər Əsədlə yanaşı onun həyat yoldaşı Əsma Əsəd də virusa yoluxub.

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR testi verdilər, nəticə onların koronavirusa yoluxduğunu göstərdi", - açıqlamada deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BəşərƏsəd   Koronavirus  





Xəbər lenti