“Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” - Sarkisyan

 “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” -   Sarkisyan
  08 Mart 2021    Oxunub:5887
Azərbaycan torpaqları işğalda olarkən Şuşa şəhərin qondarma meri "vəzifəsində" çalışmış Artsvik Sarkisyan Ermənistan mətbuatına diqqətçəkən açıqlama verib.
Azvision.az xəbər verir ki, Sarkisyan ölkə rəhbərliyinin hələ də Qarabağa gedə bilməməsindən gileylənib. O, jurnalistin "Paşinyan Qarabağa niyə gedə bilmir?" sualına cavab olaraq, Azərbaycanın buna icazə və imkan vermədiyini deyib.

“Qarabağa baş nazir özü gəlmirsə, arvadı gəlsin. Yalnız bir şeyi düşünürəm ki, bəlkə də Paşinyanın Qarabağa getməsinə və oradakı vəziyyətin nə yerdə olduğunu görməsinə icazə verməyəcəklər”.

Erməni mətbuatı xatırladıb ki, müharibədən sonra Azərbaycan Prezidenti Ermənistanın yüksək rütbəli məmurlarının Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etməmələri barədə açıq şəkildə bəyanat vermişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Qarabağ  





Xəbər lenti