Rumıniya Azərbaycana yeni səfir göndərir

 Rumıniya Azərbaycana yeni səfir göndərir
  08 Mart 2021    Oxunub:2604
Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycan daxil olmaqla 26 ölkəyə səfir namizədini açıqlayıb.

Azvision.az xəbər verir ki, Azərbaycanda səfir vəzifəsinə namizədliyi irəli sürülən diplomat Vasile Soaredir. O, bundan əvvəl XİN-də müxtəlif vəzifələrdə çalışıb, 2014-2020-ci illərdə ölkəsinin Rusiyada səfiri olub.
Namizədlərin siyahısı baxılması üçün parlamentə təqdim edilib.

Xatırladaq ki, Rumıniyanın Azərbaycandakı səfiri Dan Yankunun səlahiyyət müddəti başa çatıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rumıniya   Səfir   Diplomat  



Xəbər lenti