Yoluxma azaldı, ölüm sayı artdı

  08 Mart 2021    Oxunub : 2040
Yoluxma azaldı, ölüm sayı artdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3927 nəfərdir.

Ölkədə son sutka ərzində 4624, hazırkı dövrədək isə 2 657 999 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya