İranda koronavirusdan ölənlərin sayı açıqlanıb

İranda koronavirusdan ölənlərin sayı açıqlanıb
  08 Mart 2021    Oxunub:2136
İranda son sutka ərazində koronavirusa 8313 nəfər yoluxub, 99 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 1 698 005, ölənlərin sayı isə 60 786-ya çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3804 xəstənin vəziyyəti ağırdır. İndiyədək 1 449 350 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti