Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır
Qərara əsasən, bu gündən ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilir. Eyni zamanda dağ kurortları açılır, alış-veriş mərkəzləri və yarmarkaların şənbə və bazar günləri də fəaliyyəti bərpa olunur.
Bununla belə, Koordinasiya Şurasının qərarına əsasən, axşam saat 21:00-dan səhər 05:00-dək mövcud olan hərəkət məhdudiyyəti – komendant saatı qüvvədə qalır.
Azvision.az
Teqlər: Gürcüstan