Ərdoğanla Conson ikitərəfli münasibətləri müzakirə etdi
Bildirilib ki, tərəflər telefon danışığı zamanı ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, COVID-19 pandemiyasına qarşı mübarizə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün atılan addımlar və regional məsələləri müzakirə ediblər.
Ərdoğan aprel ayında Türkiyəyə maneəsiz və təhlükəsiz turist səfərlərinin bərpa olunacağından əminliyini ifadə edib. Eyni zamanda qeyd edib ki, Böyük Britaniya və Türkiyənin imza atdığı sərbəst ticarət haqqında razılaşma iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsidir və atılan addımlar ikitərəfli ticarətin həcminin 20 milyard dollara çatmasına kömək edəcək.
Azvision.az