Gədəbəydə yağan qar yollarda çətinlik yaratdı

Gədəbəydə yağan qar yollarda çətinlik yaratdı
  09 Mart 2021    Oxunub:2375
Qar dağlıq rayonlarda nəqliyyatın hərəkətində çətinlik yaradıb.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan qoşqulu yük avtomobili yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib.

Belə ki, YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün işlər görülüb. Nəticədə yük avtomobili hərəkətini bərpa edərək yoluna davam edə bilib.

Azvision.az


Teqlər: DİN   Gədəbəy  





Xəbər lenti