ÜST: Qadınlar pandemiyadan daha çox zərər görüb

      ÜST:    Qadınlar pandemiyadan daha çox zərər görüb
  09 Mart 2021    Oxunub:2357
"Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər. Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq".
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar. Bundan əlavə, qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından əlavə yük düşüb.

ÜST rəhbəri qeyd edib ki, qlobal pandemiyanın nəticələri daha çox qadınlara təsir edib.

Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti