Partlayış qurbanlarının sayı artdı - 615 yaralı var
Bundan əvvəl 30 nəfərin öldüyü, 500-dən çox yaralının olduğu deyilirdi.
Xatırladaq ki, bazar günü ölkənin ən böyük şəhərlərindən biri olan Batada güclü partlayışlar baş verib. Nəticədə demək olar ki, bütün yaşayış binaları zərər görüb, bir çoxları dağılıb.
Ölkə prezidenti Teodoro Obian Nqema Mbasoqo partlayışa hərbçilərin səhlənkarlığının səbəb olduğunu bildirib. Prezident digər versiya kimi ordu anbarlarının yaxınlığında fermerlərin yabanı otları yandırmasını göstərib.
Məlumata görə, ilk partlayışın baş verdiyi hərbi şəhərciyin ərazisində xüsusi təyinatlı qüvvələrin bölmələri və hərbiləşdirilmiş bir jandarma yerləşib.
Ölkə başçısı beynəlxalq ictimaiyyətdən kömək istəyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: partlayış







Vaxtında, Aydın, Lazımlı!


