Dünyada pandemiya ilə bağlı son statistika

  09 Mart 2021    Oxunub : 1312
 Dünyada pandemiya ilə bağlı son statistika
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 117 milyon 750 min 984 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 612 min 186 nəfərdir. İndiyədək 93 milyon 438 min 095 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 744 652 nəfər virusa yoluxub, 538 628 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 244 786 yoluxma qeydə alınıb. Onlardan 157 966 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 11 055 480 nəfərdə virus aşkar edilib. Xəstələrdən 266 614 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 333 029 yoluxma, 89 473 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 223 232 nəfər virusa yoluxub ki, onlardan 124 566-sı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Statistika