Onun sözlərinə görə, qərar 11 mart tarixindən qüvvəyə minəcək və bir ay müddətinə davam edəcək.
"Biz mümkün qədər ölkəni bağlamağa qərar verdik", - deyə baş nazir əlavə edib.
Hökumətin qərarına əsasən, 11 martdan etibarən təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan uşaqlar istisna olmaqla, bütün şagirdlər distant formada təhsil alacaqlar. Məktəbəqədər uşaqların valideynlərinə zəruri hallarda övladlarını bağçaya aparmaları tövsiyə olunur.
Apteklər, ərzaq mağazaları və digər marketlər xaricində, bütün pərakəndə satış məntəqələri bağlanacaq.
Qeyd edək ki, son məlumatlara görə, Estoniyada indiyədək 76 183 nəfər koronavirusa yoluxub, 667 pasiyent dünyasını dəyişib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Estoniya