Almaniyada koronavirusdan ölüm sayı 72 mini keçdi

  09 Mart 2021    Oxunub : 1152
Almaniyada koronavirusdan ölüm sayı 72 mini keçdi
Almaniyada son bir gündə 4252 nəfər koronavirus infeksiyasına yoluxub, 255 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 509 455
yoluxma halı aşkarlanıb, 72 189 ölüm faktı qeydə alınıb.

İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya