Ukraynada 12 qubernator istefa verib

Ukraynada 12 qubernator istefa verib
  24 Fevral 2014    Oxunub:1252
İstefa verən qubernatorların əksəriyyəti ölkənin qərb və mərkəzi vilayətlərindəndir.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, 12 qubernator ölkədəki ağır siyasi vəziyyətlə bağlı istefa verdiklərini açıqlayıblar. İstefa verənlər:

-Oleq Salo (Lvov vilayəti)
Valentin Hoptyan (Ternopol vilayəti)
-Aleksandr Başkalenko (Volın vilayəti)
-Vasili Çudnov (İvano-Frankovsk vilayəti)
-Sergey Rıjuk (Jitomir vilayəti)
-Qennadi Nikolenko (Nikolayevsk vilayəti)
-Andrey Nikolaenko (Kirovoqrad vilayəti)
-Aleksandr Udoviçenko (Poltava vilayəti)
-İvan Movçan (Vinnitsk vilayəti)

Bundan başqa, Vasili Bertaş (Roven vilayəti), Mixail Papiyev (Çernovitsk vilayəti) və Vladimir Xomenko (Çerniqov vilayəti) də istefa vermək niyyətlərini açıqlayıblar.

Eyni zamanda Xarkov vilayətinin qubernatoru Mixail Dobkin öz vəzifələrinin icrasına başlayıb. O, istefa vermək niyyətində olmadığını bildirib. Əhalisinin yarısında çoxunu etnik rusların təşkil etdiyi Krım Muxtar respublikasında isə 20 mindən artıq sakin yürüş keçirərək Simferopol şəhərinin meri kimi Rusiya vətəndaşı, biznesmen Aleksey Çaloqonu seçib.



Ukraynada 9 qubernator istefa verdi

Tarix 24.02.14, 10:31

Ölkədə biri-birinin ardınca istefalar davam edir.

Ukraynanın 9 vilayətinin qubernatorları istefa verib. Söhbət əsasən ölkənin qərb və mərkəzi regionlarından gedir. Bununla yanaşı, Lvov vilayətinin qubernatoru Oleq Salo, Volınskiy, İvano- Frankovskiy və Ternopolskiy vilayətlərinin rəhbərləri də istefa verib.

Qeyd edək ki, ölkədə kütləvi istefalar, Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevi tərk edəndən sonra başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti