ABŞ-da peyvənd olunanlar maska taxmaya bilərlər
Məlumatda qeyd edilib ki, II doz vaksini qəbul edən şəxslərdə iki həftə sonra koronavirusa qarşı immunitet yaranır. Peyvənd olunan yaşlıların xəstəlik riski daşıyan uşaqlarla görüşməsində də heç bir problem yoxdur.
CDC-nin direktoru Roşel Valenski bildirib ki, hər gün daha çox insanın vaksinasiyası ilə yeni dönəm başa çatır.
"Peyvənd olunanların sayında artım xəstələnmə və ölüm hallarının azalmasına, yumşalmalara səbəb olacaq".
Məlumata görə, bu günə qədər 31 milyondan çox amerikalı peyvənd olunub.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


