Qeyd edilib ki, Ermənistanın işğalından azad edilmiş bölgələrdə qardaş Azərbaycan Ordusuna dəstəyi təmin etmək məqsədilə Türkiyənin iki Özəl Mina Axtarış və Təmizləmə (ÖMAT) bölməsi Ağdam və Cəbrayıl bölgələrində mina axtarma və məhvetmə fəaliyyətini icra etməkdədir:
"Bundan başqa, əldəqayırma bombaların, partlayıcı maddələrin aşkarlanması və məhv edilməsi üzrə təlimlər davam edir. 20 mina axtarma aşını (MEMATT) Azərbaycana göndərilib.
Dost və qardaş Azərbaycanla ikitərəfli hərbi əlaqələr çərçivəsində 2020-ci ildə iki birgə təlim və 2021-ci ildə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə "Qış-2021" təlimi uğurla həyata keçirilib.
“Bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər sevincli və kədərli günlərdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın bundan sonra da yanında olmağa davam edəcəyik”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DağlıqQarabağ