Ötən ay evlənmək istəyən 97 nəfərdə sifilis aşkarlandı

  09 Mart 2021    Oxunub : 2624
Ötən ay evlənmək istəyən 97 nəfərdə sifilis aşkarlandı
2020-ci ilin fevral ayında evlənmək istəyən 9676 nəfər tibbi müayinədən keçib. Onlardan 373 nəfərdə talassemiya daşıyıcılığı, 97 nəfərdə sifilis aşkarlanıb.
Bu barədə Azvision.az -a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, evlənmək üçün müayinədən keçən 21 nəfərdə QİÇS müəyyən edilib. Bundan əlavə, 7 cütlükdə tassemiya daşıyıcılığı aşkarlanıb.

Ümumilikdə indiyədək 720 min 897 nəfər müayinədən keçib. Onlardan 25 min 73 nəfərdə talassemiya daşıyıcılığı, 2802 nəfərdə sifilis, 740 nəfərdə isə QİÇS aşkar edilib. Bu dövrdə 293 cütlükdə talassemiya daşıyıcılığı müəyyən olunub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nikah   Müayinə