Çavuşoğlu özbəkistanlı həmkarı ilə Qarabağı müzakirə edib

 Çavuşoğlu özbəkistanlı həmkarı ilə Qarabağı müzakirə edib
  09 Mart 2021    Oxunub:3792
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özbəkistanlı həmkarı Abduləziz Kamilovla görüşdə Dağlıq Qarabağı müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu görüşdən sonra mətbuata açıqlamasında deyib.

XİN başçısı bildirib ki, görüşdə Dağlıq Qarabağ, Əfqanıstan, İslam Əməkdaşlıq Təşkilatı ilə bağlı məsələlər daxil olmaqla, bölgənin və beynəlxalq gündəmin əsas gündəmi müzakirə edilib. Həmçinin, bu məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi qərara alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  



Xəbər lenti