Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib - RƏSMİ

  09 Mart 2021    Oxunub : 2308
   Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib -    RƏSMİ
Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Azvision.az

Teqlər: Naxçıvan   Keçmiş-nazir   Əhməd-Əhmədov