Manukyanın işi üzrə ilkin istintaq başa çatıb

  09 Mart 2021    Oxunub : 1293
Manukyanın işi üzrə ilkin istintaq başa çatıb
Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyanın işi ilə bağlı ilkin istintaq başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə onun vəkilii Aram Vardevanyan bildirib.

Vəkilin sözlərinə görə, İstintaq Komitəsi bu gün utancverici işlərdən birinin - Ermənistanın ilk baş naziri Vazgen Manukyanla bağlı ibtidai istintaqın başa çatdığını elan edib.

“Bu, siyasi işə xitam verilməsi üçün vəsatət qaldıracağam, çünki onun Cinayət Məcəlləsi ilə heç bir əlaqəsi yoxdur", - Vardevanyan “Facebook” hesabında yazıb.

Qeydək ki, müxalifət lideri Vazgen Manukyan ölkədə zorakılığa, konstitusiya quruluşunu devirmək çağrışlarında ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: VazgenManukyan