Rusiyada yoluxma sayı 10 mindən aşağı düşdü

  09 Mart 2021    Oxunub : 1156
Rusiyada yoluxma sayı 10 mindən aşağı düşdü
Rusiyada son sutka ərzində koronavirusa 9445 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 342 474 nəfərə çatıb.

Rusiyada son bir gündə 336 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 89 809 nəfərdir. İndiyədək 3 932 177 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya