Rusiyanı “Eurovision”da Manizha təmsil edəcək

Rusiyanı “Eurovision”da Manizha təmsil edəcək
  09 Mart 2021    Oxunub:4531
Rusiyanı “Eurovision-2021” yarışmasında tacik əsilli müğənni Manizha təmsil edəcək.
Ölkənin birinci kanalında keçirilən “Eurovision” müsabiqəsinə namizədlər arasında baxışda Manije Sangin “Rus qadını” mahnısı ilə qalib gəlib.

O, mayın 18-22-də Rotterdamda keçiriləcək mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.

Manizha əslən tacikdir, Rusiya vətəndaşıdır. O, müğənni, bəstəkar və prodüser olmaqla yanaşı, həm də ictimai xadimdir. Manizha qadınlara qarşı zorakılıqla mübarizə hərəkatının üzvü, BMT-nin qaçqınların işləri üzrə xoşməramlı səfiridir.

Azvision.az


Teqlər: Rusiya   Eurovision  





Xəbər lenti