138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

  09 Mart 2021    Oxunub : 1150
   138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.
Azvision.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən deyib.

Nazir müavini bildirib ki, inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib:

V.Zahirov qeyd edib ki, həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Bələdiyyə   Hesabat