Puçdemonun toxunulmazlığı ləğv olundu

  09 Mart 2021    Oxunub : 1668
 Puçdemonun toxunulmazlığı ləğv olundu
Avropa Parlamenti İspaniyanın Kataloniya muxtar bölgəsinin keçmiş rəhbəri Karles Puçdemonun deputat toxunulmazlığını ləğv edib.
Azvision.az TASS-a istinadla xəbər verir ki, onunla yanaşı daha iki nəfərin deputat toxunulmazlığı ləğv olunub. Onlar Toni Komina və Klara Ponsatidir.

Avropa Parlamentinin 400 deputatı K. Puçdemonun deputat toxunulmazlığının ləğvi ilə bağlı qərarın lehinə, 248 nəfər əleyhinə səs verib, 45 deputat isə bitərəf qalıb.

Xatırladaq ki, onlar 2019-cu ildə keçirilən seçkilərdə Avropa Parlamentində mandat qazanıblar. Puçdemon və digərləri 2017-ci ilin oktyabrında müstəqilliklə bağlı qanunsuz referendum keçirib. Madrid bu referendumun nəticələrini tanımayıb. Sonra Puçdemon və tərəfdarları Belçikaya qaçıb.

İspaniya məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Bu qərar onların İspaniyaya təhvil verilməsi prosesinin yenidən başlamasına imkan verəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: KarlesPuçdemo