Türkiyə “Hisar-O” raketdən müdafiə sistemini sınaqdan keçirdi

  09 Mart 2021    Oxunub : 2313
   Türkiyə “Hisar-O” raketdən müdafiə sistemini sınaqdan keçirdi
Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Hisar-O” orta mənzilli raketlərdən müdafiə sistemi sınaqdan böyük uğurla çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “Twitter” hesabında məlumat paylaşıb.

Qeyd olunub ki, “Hisar-O” sistemi bu vaxtadək Türkiyədə istehsal olunan və ən uzaq məsafəyə hədəflənən müdafiə sistemidir.



Azvision.az

Teqlər: Türkiyə