Sarkisyanın Bakıda olması xəbəri təkzib edildi

 Sarkisyanın Bakıda olması xəbəri təkzib edildi
  09 Mart 2021    Oxunub:2727
Ermənistan prezidentinin administrasiyası Armen Sarkisyanın Bakıya səfəri ilə bağlı yayılan xəbərləri təkzib edib.

Azvision.az xəbər verir ki, bu barədə prezident Sarkisyanın mətbuat xidməti açıqlama yayıb.

Bundan əvvəl, bəzi erməni KİV-ləri Sarkisyanın guya 17 noyabrda Bakıda olması barədə xəbər yaymışdı.
“İravunk” qəzeti Makedoniyanın Ermənistandakı sabiq fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, prezident Sarkisyan noyabrın 17-də Bakıda səfərdə olub.

“Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi?”, - deyə o bildirib.

"Bəzi KİV-lər Armen Sarkisyanın 17 noyabrda Bakıda olduğunu yazıb. Bu, açıq yalan və dezinformasiyadır. Prezident həmin gün və ya başqa bir gündə Bakıda olmayıb", - açıqlamada deyilir.

Qeyd edilib ki, 17 noyabr 2020-ci il tarixində Ermənistan prezidenti Kanadanın ölkəyə yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenSarkisyan  





Xəbər lenti