Ermənistanın sabiq Baş Qərargah rəisi vəzifəyə gətirildi

 Ermənistanın sabiq Baş Qərargah rəisi vəzifəyə gətirildi
  09 Mart 2021    Oxunub:3279
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan yeni vəzifəyə təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Aykakan jamanak” nəşri yazıb.

Davtyan Baş Qərargahın xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsinə təyin olunub. Təyinat müdafiə naziri Vaqarşak Arutyunyanın əmri ilə həyata keçirilib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Xatırladaq ki, Davtyan 2020-ci ilin iyun ayında əvvəlki vəzifəsindən istefa verib. Bunun mümkün səbəbi kimi Baş Qərargahın keçmiş rəisinin fövqəladə vəziyyət şəraitində oğluna toy etməsi göstərilib. Daha sonra o, hərbi-sənaye komitəsinin sədri vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArtakDavtyan  



Xəbər lenti