İtaliya prezidenti peyvənd olundu

İtaliya prezidenti peyvənd olundu
  09 Mart 2021    Oxunub:3013
İtaliya Prezidenti Sercio Mattarella Romanın Milli Yoluxucu Xəstəliklər İnstitutunda koronavirus infeksiyasına qarşı peyvənd olunub.
Azvision.az xəbər verir ki, dövlət başçısı 1941-ci ildə və daha əvvəl doğulmuş insanlar üçün peyvənd kampaniyası çərçivəsində birinci dozanı qəbul edib.

Daha əvvəl öz müraciətində iyul ayında 80 yaşı tamam olacaq Mattarella vaksinasiyanın məsuliyyətli seçim olduğunu söyləyib.

Yerli mətbuatın məlumatına görə, Mattarella "Moderna" peyvəndini qəbul edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SercioMattarella  



Xəbər lenti