Spiker: “Ukrayna xəzinəsində pul yoxdur”
Ölkə xəzinəsində pulun olmadığını vurğulayan Turçinov təcili tədbirlərin həyata keçirilməsini önəmli bilib.
Bundan öncə, Rusiya Maliyyə naziri Anton Siluanov ölkəsinin Ukraynaya məxsus avrobondları almaq üçün bir az gözləyəcəyini bildirmişdi. Onun fikrincə, ilk növbədə Ukraynada yeni hökumət və iqtisadi siyasət formalaşmalıdır.
“Biz doğurdan da ötən həftə avrobondların satın alınması barədə danışıqlar aparmışdıq. Lakin son vaxtlar situasiya kəskin dəyişdiyi üçün biz bilməliyik ki, hansı hökumətlə əməkdaşlıq edək. Biz ötən il Ukrayna avrobondlarına 3 milyard dollar vəsait yatırmışıq. Bundan başqa, öncədən əldə olunmuş razılıq əsasında Ukraynaya qaz tədarükünü də vaxtında həyata keçiririk”.
Vüqar İsmayılov