Qeyd edilib ki, sözügedən radarlar ölkədə və ümumiyyətlə, regionda ilk dəfə olaraq, Amerikanın “Baron Services” şirkətini Qafqazda və Orta Asiyada eksklüziv olaraq təmsil edən Qazaxıstanın “Spetsosnaşeniya” şirkətinin texniki dəstəyi ilə quraşdırılıb. Bu layihə Azərbaycanın, Qazaxıstanın və ABŞ-ın uğurlu üçtərəfli əməkdaşlığın nəticəsi olub.
Böyük mənzilli və qabaqcıl texnologiyalarla təchiz olunan radarlar hökumət və yerli hakimiyyətə hava şəraitinin dəyişməsi və təhlükəli təbii halların baş verməsi ilə bağlı vaxtında qərar qəbul edilməsi və erkən xəbərdarlıq etməsi imkanını yaradır. Onlar, dövlətin, cəmiyyətin və vətəndaşın fəaliyyətinin bir çox sahələrdə təhlükəsizliyini təmin edirlər. Bu, xüsusilə hava şəraitindən asılı olan kənd təsərrüfatı üçün önəmlidir, beləliklə, ölkənin qida təhlükəsizliyi təmin olunur.
“Spetsosnaşeniya” şirkəti Qazaxıstanda “Baron” radarların istehsalatının lokallaşdırılmasını, servis, tədris, tədqiqat, məlumatların emalı və hava şəraitlərin modelləşdirilməsi mərkəzinin yaradılmasını planlaşdırır. Bu, öz növbəsində, sahəni uğurla inkişaf etdirilməsinə, qabaqcıl texnologiyaları tətbiq edilməsinə, hava məlumatların rəqəmsallaşdırılmasına və ölkənin ekologiyasını yaxşılaşdırılmasına yol açacaq.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


