“WhatsApp” bəzi smartfonlarda işləməyəcək

“WhatsApp” bəzi smartfonlarda işləməyəcək
  09 Mart 2021    Oxunub:3028
“WhatsApp” messenceri köhnəlmiş “iPhone” modellərini dəstəkləməyi dayandıracaq.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, messencerin “iOS” əməliyyat sistemi üçün son beta-versiyasında “iOS 9” və daha aşağı versiyaların idarəetməsi altında işləyən qurğuların dəstəyi dayandırılıb.

“WhatsApp” messencerinin rəsmi resursunda hələlik bu barədə məlumat yoxdur.

Hazırda sözügedən messencerin “iPhone” üçün dəstəklədiyi əməliyyat sistemlərinin rəsmi siyahısında “iOS 9” və ya daha yeni versiyalar qeyd edilib.

Azvision.az


Teqlər: WhatsApp  



Xəbər lenti