248 uşaq İraqdan Azərbaycana gətirilib

 248 uşaq İraqdan Azərbaycana gətirilib
  09 Mart 2021    Oxunub:5241
İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası istiqamətində ölkə rəhbərliyinin tapşırığı ilə 2017-ci ildən başlanılmış təxliyə prosesi 2020-ci ildə də davam etdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, bu yöndə İraq hökuməti ilə aparılmış davamlı işin nəticəsi olaraq, İraq həbsxanalarında, uşaq evlərində yaşayan ümumilikdə 2018-ci ildən hesabat dövrünün sonunadək 248 nəfər azyaşlı (yalnız 2020-ci ildə isə 194 nəfər azyaşlı) Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar ölkəmizə repatriasiya edilərək, müvafiq reabilitasiyadan sonra ölkəmizdəki yaxınlarının himayəsinə verilib.

Azvision.az


Teqlər: İraq  



Xəbər lenti