Zelenski Putinlə görüşməyə hazırdır

Zelenski Putinlə görüşməyə hazırdır
  09 Mart 2021    Oxunub:3454
"Normand formatı"nda (Rusiya, Ukrayna, Almaniya, Fransa) görüş baş tutmasa, hər liderlə ayrı-ayrılıqda görüşməyi düşünürəm.
Azvision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

"Normand" görüşünün hazırlandığını bildirən Ukrayna lideri əlavə edib ki, zirvə toplantısı baş tutmasa belə, “dördlük” liderlərindən hər biri ilə görüşmək üçün fürsət tapacaq.

"Necə deyərlər, “dağ Məhəmmədə tərəf getməzsə...", dəhşətli heç nə yoxdur, deməli, hamı ilə ayrı-ayrılıqda görüşəcəyəm. Yəni bu vacib məsələnin həllini həmişəlik təxirə salmaq işə yaramayacaq", - Zelenski əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: VladimirZelenski  



Xəbər lenti