28 vergi ödəyicisi qanunvericiliyin tələblərini pozdu

28 vergi ödəyicisi qanunvericiliyin tələblərini pozdu
  09 Mart 2021    Oxunub:2674
Fevral ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə aparılan yoxlama və monitorinqlər zamanı 28 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergi ödəyicisində “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaması, 3 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 23 vergi ödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin ay ərzində vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti