Aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir

Yeni aksiz dərəcəsi tətbiq edilən mallar aşağıdakılardır:
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;
- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.
Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanacaq.
Azvision.az
Teqlər: Aksiz